Bakı. 26 yanvar. REPORT.AZ/ “Azər-Türk Bank” ASC-nin müştəriləri 2016-cı ildə Bankın plastik kartları ilə ümumilikdə 599 min əməliyyat həyata keçiriblər. “Report” xəbər verir ki, bu barədə kredit təşkilatının açıqlamasında bildirilir.
Məlumata görə, bu əməliyyatların toplam dövriyyəsi 120 mln. manatdan artıq olub. 2015-ci illə müqayisədə əməliyyatların sayında 96%, dövriyyəsində isə 2,35 dəfə artım qeydə alınıb.
Xatırladaq ki, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərinin üzvü olan “Azər-Türk Bank” plastik kartların buraxılması və onlardan istifadə sahəsində xidmətlərin geniş spektrini təqdim edir. Hazırda Bankın 27 960 plastik kart müştərisi var ki, bu da 2015-ci illə müqayisədə 54% çoxdur.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank”ın səhmlərinin 75%-i Azərbaycan hökumətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.