AZAL-ın dövlət əmlakından istifadə etməsinin qanunvericiliyə uyğunluğu yoxlanıb

AZAL-ın dövlət əmlakından istifadə etməsinin qanunvericiliyə uyğunluğu yoxlanıb ​Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib
Maliyyə
11 May , 2016 17:07
AZAL-ın dövlət əmlakından istifadə etməsinin qanunvericiliyə uyğunluğu yoxlanıb

Bakı. 11 may. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasının növbəti kollegiya iclasında həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub. "Report"un verdiyi xəbərə görə, iclasda "Azərbaycan Hava Yolları" QSC tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanılması və dövlət büdcəsinə ödənilməsinin, eləcə də dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair nəzarət tədbirləri üzrə hesabat da dinlənilib.

Eyni zamanda, dövlət büdcəsindən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair və dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Yevlax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim edilməsi qərara alınıb.

Kollegiyada Hesablama Palatasının 2016-cı il üçün İş Planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı audit proqramları təsdiq edilib.

İclasda Azərbaycan Prezidentinin 27 aprel 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş, eyni zamanda, Hesablama Palatasına tövsiyə edilmiş tədbirlərin icrası ilə bağlı fəaliyyət, həmçinin bir sıra digər cari məsələlər də müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi