Azad Cavadov: "Multivalyutada kompensasiya almaq istəməyən əmanətçilər gözləyə bilər"

Azad Cavadov: "Multivalyutada kompensasiya almaq istəməyən əmanətçilər gözləyə bilər" ADIF rəhbəri: "Amma müflis olmuş bankda bunun tətbiqi çətindir"
Maliyyə
100
18 Aprel , 2017 11:11
Azad Cavadov: Multivalyutada kompensasiya almaq istəməyən əmanətçilər gözləyə bilər

Bakı. 18 aprel. REPORT.AZ/ Dünya təcrübəsində olduğu kimi Azərbaycanda da bağlanmış kommersiya banklarının əmanətçilərinə kompensasiya milli valyutada hesablanır və ödənilir.

“Report”un məlumatına görə, bu barədə keçirdiyi mətbuat konfransında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, bəzən əmanətçilər bankdakı pulunun dollar və yaxud avro ilə olmasını əsas gətirərək, həmin valyutada kompensasiya tələb edirlər: “Biz ləğvedici olaraq həmin pulu qaytarmırıq, sadəcə kompensasiya ödəyirik. Multivalyutada kompensasiya almaq istəməyən əmanətçilər gözləyər və bankın ləğv edilməsi prosesində növbəliyə uyğun olaraq pulunu öz valyutasında ala bilər. Səhv etmirəmsə, “Parabank” ASC-də belə bir vəziyyət olmuşdu. Amma bu, vəziyyəti normal olan bankda mümkündür. Müflis olmuş bankda bunun tətbiqi çətindir”. 

Son xəbərlər

Orphus sistemi