​Azərbaycanda istehlak xərcləri 9% artıb

​Azərbaycanda istehlak xərcləri 9% artıb Əhalinin gəlirləri illik müqayisədə 4,7% artıb
Maliyyə
110
15 Avqust , 2014 07:11
​Azərbaycanda istehlak xərcləri 9% artıb
Bakı. 15 avqust. REPORT.AZ/. Azərbaycanda bu ilin yanvar-iyul ayları ərzində əhali istehlak bazarından 11,8 mlrd. manatlıq istehlak malları alıb və göstərilmiş xidmətlərin müqabilində 3,5 mlrd. manat ödəyib. "Report"un xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə əmtəə dövriyyəsi 9,1%, o cümlədən ərzaq məhsullarının satışı 3,5%, qeyri-ərzaq mallarının satışı 15,0%, pullu xidmətlərin həcmi 6,6% artıb.

Eyni zamanda, əhalinin həmin dövr üzrə gəlirləri illik müqayisədə 4,7% artaraq 21,0 mlrd. manata çatıb. Beləliklə, istehlak xərcləri ödənildikdən sonra əhalinin sərəncamında 5,7 mlrd. manata yaxın vəsait qalıb. Bu, ümumi gəlirlərin 26,7%-ni təşkil edir. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, gəlirlərin təxminən 18%-i kapitalın artırılmasına və yığımın yaranmasına sərf edilib.

Qeyd edək ki, hər bir nəfərə düşən gəlirlər isə 3,4% artaraq 2 239,1 manata (orta hesabla ayda 319,9 manata) çatıb.

Son xəbərlər

Orphus sistemi