Qeyri-neft sektorunda istehsal olunmuş ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% artıb və onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 55,9%-dən 57,3%-dək yüksəlib.
ÜDM-in 61,9%-i istehsal sahələrində, o cümlədən 45,0%-i sənayedə, 11,8%-i tikintidə, 5,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 31,0%-i isə xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,1%-ni təşkil edib.