Azərbaycanda daha bir sığorta şirkəti bağlanıb

Azərbaycanda daha bir sığorta şirkəti bağlanıb ​“Royal Sığorta”nın lisenziyası ləğv edilib
Maliyyə
10 Sentyabr , 2014 10:03
Azərbaycanda daha bir sığorta şirkəti bağlanıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi "Royal Sığorta" ASC-nin fəaliyyətini dayandırıb. Bu barədə “Report”a Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib. 

Məlumata görə, "Royal Sığorta" ASC sığorta qanunvericiliyinin tələblərinə uyğun olmayan hallara yol verib və verilmiş müəyyən müddət ərzində həmin nöqsanların aradan qaldırılması ilə bağlı heç bir iş görməyib. Nəticədə, bütün bunlar şirkətə verilmiş lisenziyanın qüvvəsinin dayandırılmasına səbəb olub.

Cəmiyyətin lisenziyası sığorta qanunvericiliyinin tələblərinə müvafiq olaraq Maliyyə Nazirliyinin müvafiq əmri ilə ləğv edilib.

Son xəbərlər

Orphus sistemi