​Azərbaycanda cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti azalıb

​Azərbaycanda cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti azalıb Eyni zamanda bunun qeyri-neft ÜDM-ə nisbəti 40%-dən aşağı düşüb
Maliyyə
1826
16 Sentyabr , 2014 11:13

Bakı. 16 sentyabr. REPORT.AZ/. Azərbaycanın tədiyyə balansında əks olunan cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti 2014-cü ilin yanvar-iyun ayları üzrə 22,2% təşkil edib. Report-un hesablamalarına görə, ötən ilin 6 ayının eyni göstəricisinə nisbətən 1,5 faiz bəndi səviyyəsində azalma müşahidə olunur.

Cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbətinin illik azalması ilk növbədə cari əməliyyatlar hesabı balansının azalması ilə bağlıdır. Belə ki, bu göstərici illik müqayisədə 66 mln. dollar və ya 1,02% azalıb. Bundan əlavə, ÜDM-in artması da azaldıcı təsir göstərib.

Qeyd edək ki, eyni zamanda cari əməliyyatlar hesabı balansının qeyri-neft ÜDM-ə nisbəti 39,5% təşkil edib ki, bu da illik müqayisədə 4,1 faiz bəndi azdır.

Son xəbərlər

Orphus sistemi