Daxil olan investisiyaların 11,2%-i iqtisadiyyata maliyyə kreditləri, 53,1%-i birbaşa, 35,7%-i isə portfel və digər şəkildə yatırılıb.
Birbaşa investisiyaların həcmi 3,9 mld. dollar təşkil edərək 2013-cü ilin eyni dövrü ilə müqayisədə 30,2% artıb. Bunun 3,3 mld. dolları və ya 85,3%-i iqtisadiyyatın neft-qaz sektoruna yönəldilib.
Bu dövrdə ölkə rezidentlərinə 815,5 mln. dollar ekvivalentində xarici kreditlər təqdim edilib, onların 46,5%-i dövlət təminatlı kreditlərdir.