EBRD-nin yeni prezidenti seçilib

EBRD-nin yeni prezidenti seçilib Son dörd ildə 55 yaşlı Reno-Basso Fransa İqtisadiyyat, Maliyyə və Yenidənqurma Nazirliyində Xəzinədarlığın Baş direktoru vəzifəsində çalışıb
Maliyyə
8 Oktyabr , 2020 16:19
EBRD-nin yeni prezidenti seçilib
Odil Reno-Basso

Fransalı Odil Reno-Basso dörd illik müddətə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti seçilib.

“Report” EBRD-nin “Twitter”də yayımlanan məlumatına istinadən xəbər verir ki, bu barədə qərar Bankın Londondakı mənzil-qərargahında keçirilən İdarə Heyətinin iclasında qəbul olunub.

O, bu vəzifədə 2012-ci ildən bəri iki müddət EBRD-nin prezidenti olmuş britaniyalı Suma Çakrabartini əvəzləyib.

Son dörd ildə 55 yaşlı Reno-Basso Fransa İqtisadiyyat, Maliyyə və Yenidənqurma Nazirliyində Xəzinədarlığın baş direktoru vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi