AYİB gələn il Şərq Tərəfdaşlığı ölkələrində layihələrə 2 milyard avro sərmayə qoyacaq

AYİB gələn il Şərq Tərəfdaşlığı ölkələrində layihələrə 2 milyard avro sərmayə qoyacaq Bakı. 3 oktyabr. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2019-cu ildə Şərq Tərəfdaşlığı proqramına daxil olan altı ölkədə layihələrə 1,5-2 milyard avro sərmayə qoymağı planlaşdırır.
Maliyyə
3 Oktyabr , 2018 09:35
AYİB gələn il Şərq Tərəfdaşlığı ölkələrində layihələrə 2 milyard avro sərmayə qoyacaq
0 : 00
0 : 00

Bakı. 3 oktyabr. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2019-cu ildə "Şərq Tərəfdaşlığı" proqramına daxil olan altı ölkədə layihələrə 1,5-2 milyard avro sərmayə qoymağı planlaşdırır.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə AYİB-nin maliyyə institutları üzrə direktoru Fransis Malij bildirib.

Onun sözlərinə görə, söhbət Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldovadan gedir.

"Bu regiona ildə 1,5-2 milyard avro sərmayə qoyacağıq. Məbləğ ölkədən ölkəyə və ildən ilə dəyişir. Bəzən Belarusa çox, Ukraynaya az, Azərbaycana çox, Gürcüstana az sərmayə qoyuruq. Ümid edirəm ki, belə miqyas gələcəkdə də saxlanılacaq", - F.Malij deyib.

O əlavə edib ki, AYİB-nin bu ölkələrin hər birinə sabit investisiya planı yoxdur: "Biz maliyyələşdirməyə layiq olan layihələr tapmağa çalışırıq. Əvvəlcə maraqlı, cəlbedici olacaq razılaşma tapırıq. Müqavilə cəlbedicidirsə, biz onu maliyyələşdiririk".

Qeyd edək ki, Aİ-nin 6 şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusla yaxınlaşmasına istiqamətlənmiş "Şərq Tərəfdaşlığı" proqramına 2009-cu ildə Praqada keçirilmiş sammitdə start verilib. Proqramın təşəbbüskarı kimi Polşa və İsveç çıxış edib. 

Son xəbərlər

Orphus sistemi