Aydın Əliyev DGK-nin Vergilər Nazirliyi ilə mümkün birləşdirilməsi məsələsinə münasibət bildirib

Aydın Əliyev DGK-nin Vergilər Nazirliyi ilə mümkün birləşdirilməsi məsələsinə münasibət bildirib DGK sədri: "Bu məsələ hökumətdə təhlil edilməlidir"
Maliyyə
19 yanvar 2018 07:14
Aydın Əliyev DGK-nin Vergilər Nazirliyi ilə mümkün birləşdirilməsi məsələsinə münasibət bildirib
Report

Bakı. 19 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev rəhbərlik etdiyi qurumun Vergilər Nazirliyi ilə birləşdiriləcəyi ilə bağlı son vaxtlar yayılan şaiyələrə münasibət bildirib. 

"Report"un məlumatına görə, komitə sədri qeyd edib ki, bu məsələ hökumətdə təhlil edilməli və ondan sonra qərar verilməlidir. 

"Bir çox ölkələrdə gömrük orqanları müstəqil, bəzi ölkələrdə isə hansısa qurumun tərkibindədir. Gömrükçülər bu ölkənin əsgərləridir - nə qərar verilsə, onu icra edəcəyik", - DGK sədri bildirib.

Son xəbərlər

Orphus sistemi