"AXA-Mbask"ın yığımları 8% artıb

"AXA-Mbask"ın yığımları 8% artıb Bakı. 14 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında “AXA-Mbask” sığorta şirkətinin yığımları 4 548 949 manat təşkil edib. Şirkətdən “Report”a...
Maliyyə
14 Mart , 2017 10:45
AXA-Mbaskın yığımları 8% artıb

Bakı. 14 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında “AXA-Mbask” sığorta şirkətinin yığımları 4 548 949 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,96% çoxdur.

Hesabat dövründə “AXA-Mbask”ın ödənişləri isə artıb. Belə ki, Şirkət 2 ay ərzində 1 688 151 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 21,59% çoxdur.

2017-ci ilin yanvar-fevral aylarında “AXA-Mbask” topladığı hər 100 manat sığorta haqqının 37,11 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2016-cı ilin yanvar-fevral aylarında 32,95% olub.

Xatırladaq ki, “AXA-Mbask” 1992-ci ildə “Mbask” sığorta şirkəti kimi fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Onun nizamnamə kapitalı 19 733 738 manatdır. Şirkətin səhmləri 100% Fransanın “AXA” qrupunun İspaniyadakı törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros”a məxsusdur.

Son xəbərlər

Orphus sistemi