"Avtomobil yolları" Məqsədli Büdcə Fondunun vəsaitləri dövlət büdcəsindən də maliyyələşdiriləcək

"Avtomobil yolları" Məqsədli Büdcə Fondunun vəsaitləri dövlət büdcəsindən də maliyyələşdiriləcək Bununla bağlı qərarı Artur Rasizadə imzalayıb
Maliyyə
6 noyabr 2017 21:43
Avtomobil yolları Məqsədli Büdcə Fondunun vəsaitləri dövlət büdcəsindən də maliyyələşdiriləcək

Bakı. 7 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları"na dəyişiklik barədə qərar qəbul edib.

"Report"un məlumatına görə, qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Dəyişikliyə əsasən, fondun vəsaitlərinin formalaşdırılması mənbələrinə dövlət büdcəsindən ayrılan vəsait də daxil edilib.

Son xəbərlər

Orphus sistemi