Avstraliyanın ən böyük bankı çirkli pulların yuyulmasına görə cərimələnib

Avstraliyanın ən böyük bankı çirkli pulların yuyulmasına görə cərimələnib Bu bank dövlət tərəfindən müəyyən edilmiş çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qaydaları pozan 23 milyondan çox maliyyə əməliyyatı həyata keçirib
Maliyyə
24 Sentyabr , 2020 15:07
Avstraliyanın ən böyük bankı çirkli pulların yuyulmasına görə cərimələnib

Avstraliyanın ən böyük banklarından biri olan və ANZ, “National Australia Bank” və “Commonwealth Bank” ilə birlikdə “böyük dördlüy”ü formalaşdıran “Westpac” bankı çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə dövlət qurumu (AUSTRAC) ilə müqavilə imzalayaraq terrorizmə qarşı maliyyələşdirmə qanununun pozulmasına görə 924,6 milyon ABŞ dolları məbləğində cərimə ödəməyə razılaşıb.

“Report” xəbər verir ki, bu barədə “Westpac Group”un bəyanatında bildirilir.

Bəyanatda deyilir ki, “Westpac Group” AUSTRAC ilə razılığa gəlib və razılaşmaya əsasən, tərəflər “Westpac”ın çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunları pozması ilə əlaqədar 1,3 milyard Avstraliya dolları (924,6 milyon ABŞ dolları) məbləğində cərimə ödəməsinə icazə verilməsi ilə bağlı Avstraliya Federal Məhkəməsinə müraciət ediblər.

AUSTRAC-ın məlumatlarına görə, 2013-2018-ci illər arasında “Westpac” bankı dövlət tərəfindən müəyyən edilmiş çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qaydaları pozan 23 milyondan çox maliyyə əməliyyatı həyata keçirib.

Son xəbərlər

Orphus sistemi