Avrozonada 12% iqtisadi geriləmə gözlənilir

Avrozonada 12% iqtisadi geriləmə gözlənilir Avropa Mərkəzi Bankı (ECB) koronavirus (COVID-19) pandemiyasının təsiri ilə bu il avrozonada ümumi daxili məhsulun (ÜDM) 12% azalacağını proqnozlaşdırır.
Maliyyə
109
1 May , 2020 18:53
Avrozonada 12% iqtisadi geriləmə gözlənilir

Avropa Mərkəzi Bankı (ECB) koronavirus (COVID-19) pandemiyasının təsiri ilə bu il avrozonada ümumi daxili məhsulun (ÜDM) 12% azalacağını proqnozlaşdırır.

“Report” bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

“Avrozonada real iqtisadi artımın qısa müddətdə kəskin azalması gözlənsə də, növbəti mərhələdə güclü bərpa proqnozlaşdırırıq”, - ECB-nin açıqlamasında qeyd olunub.

ECB pandemiyanın iqtisadiyyata təsiri üzrə 3 fərqli (yüngül, orta və ciddi) ssenari hazırlayıb. Qurumun ən pis ssenarisinə əsasən, qarşıdakı 3 ildə ÜDM-in artım tempi 2019-cu ilin göstəricisindən aşağı olacaq.

Son xəbərlər

Orphus sistemi