Avrozona iqtisadiyyatı 3,1% kiçilib

Avrozona iqtisadiyyatı 3,1% kiçilib Bu ilin I rübündə avrozonada ümumi daxili məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% azalıb.
Maliyyə
9 İyun , 2020 15:05
Avrozona iqtisadiyyatı 3,1% kiçilib

Bu ilin I rübündə avrozonada ümumi daxili məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% azalıb.

“Report” bu barədə Avropa Statistika İdarəsinə ("Eurostat") istinadən xəbər verir. 

Məlumata görə, ötən ilin IV rübü ilə müqayisədə isə azalma 3,6% olub. 

Hesabat dövründə Avropa İttifaqında ÜDM illik müqayisədə 2,6%, rüblük müqayisədə isə 3,2% azalıb. İttifaq ölkələrində İrlandiya, Bolqarıstan və Rumıniyanın iqtisadiyyatı müvafiq olaraq 1,2%, 0,3% və 0,1% böyüyüb, Fransa və İtaliyanın iqtisadiyyatı 5,3%, İspaniya və Slovakiyanın iqtisadiyyatı isə 5,2% azalıb. 

Son xəbərlər

Orphus sistemi