​Avropada yeni 20 avroluq əskinaslar dövriyyəyə buraxılıb

​Avropada yeni 20 avroluq əskinaslar dövriyyəyə buraxılıb Dövriyyədə olan əskinaslar tədricən yeniləri ilə əvəz olunacaq
Maliyyə
25 Noyabr , 2015 17:01
​Avropada yeni 20 avroluq əskinaslar dövriyyəyə buraxılıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Avropa Mərkəzi Bankı (AMB) bu gün yeni 20 avroluq əskinasları dövriyyəyə buraxıb. Yeni əskinaslar daha parlaq və saxtalaşdırmaya qarşı daha keyfiyyətli qorunma xüsusiyyətlərinə malikdir.

"Report"un məlumatına görə, əskinasın üzərində xüsusi "pəncərə" var ki, baxış zamanı içində qədim yunan əsatirlərinin qəhrəmanı olan Avropanın portreti görünür.

İlkin olaraq yeni və köhnə əskinaslar paralel tədavüldə olacaq, daha sonra isə köhnə əskinaslar tədavüldən çıxarılacaq.

Qeyd edək ki, hazırda tədavüldə 2013-cü ilin mayında yenilənən 5 avroluq və 2014-cü ilin sentyabrında yenilənən 10 avroluqlar mövcuddur. Dövriyyədə olan əskinaslar tədricən yeniləri ilə əvəz olunacaq.

Son xəbərlər

Orphus sistemi