Avropada qəlp pulların miqdarı azalır

Avropada qəlp pulların miqdarı azalır Bakı. 28 yanvar. REPORT.AZ/ Avropada 2018-ci ildə 563 min saxta əskinas tədavüldən çıxarılıb.
Maliyyə
28 Yanvar , 2019 19:49
Avropada qəlp pulların miqdarı azalır

Bakı. 28 yanvar. REPORT.AZ/ Avropada 2018-ci ildə 563 min saxta əskinas tədavüldən çıxarılıb.

“Report” xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankının (AMB) yaydığı məlumatda göstərilir.

Qeyd olunur ki, bu, əvvəlki illə müqayisədə, təqribən, 19 faiz azdır. Ekspertlər bunu əskinasların daha etibarlı müdafiə olunması ilə izah edirlər.

“Deutsche Welle”nin xəbərinə görə, Almaniyada qəlp əskinasların sayı 20 faiz azalaraq 58 mindən bir qədər çox olub. Qəlp pulların yetirdiyi maliyyə ziyanı 2017-ci ildəki, təqribən, 4,1 milyon avroya qarşı ötən il 3,4 milyonadək avro təşkil edib.

AMB-nin məlumatına görə, hazırda tədavüldəki avro əskinaslarının ümumi sayı 22 milyarddan çoxdur.

Son xəbərlər

Orphus sistemi