Avropada birja ticarətində təbii qazın qiyməti 2021-ci il iyulun 8-dən bəri ilk dəfə 1000 kubmetr üçün 400 ABŞ dollarından aşağı düşüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu London ICE birjasının məlumatları göstərir.
Təbii qazın qiymətində gün ərzində baş vermiş azalma təxminən 2,4 % təşkil edib.
Niderlandın TTF habında iyun fyuçerslərinin dəyəri 1000 kubmetr üçün 398,1 ABŞ dollarına düşüb.