Avropa Yenidənqurma və İnkişaf Bankı "Unibank"dakı payını iki dəfədən çox artırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı "Unibank"dakı payını iki dəfədən çox artırıb Bakı. 12 iyul. REPORT.AZ/ Unibankın səhmdarları siyahısında dəyişiklik olub. Bankın səhmdarlarından biri Avropa Yenidənqurma və İnkişaf Bankı, digər səhmdarı DEG - Almaniya İnvestisiya və İnkişaf Cəmiyyətinə məxsus olan adlı sənədsiz səs hüququ verən bütün səhmlərini alıb.
Maliyyə
12 İyul , 2018 15:12
Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankdakı payını iki dəfədən çox artırıb

Bakı. 12 iyul. REPORT.AZ/ "Unibank"ın səhmdarları siyahısında dəyişiklik olub. Bankın səhmdarlarından biri Avropa Yenidənqurma və İnkişaf Bankı, digər səhmdarı DEG - Almaniya İnvestisiya və İnkişaf Cəmiyyətinə məxsus olan adlı sənədsiz səs hüququ verən bütün səhmlərini alıb.

"Report" bu barədə banka istinadən xəbər verir. 

17 May 2018-ci il tarixində “Unicapital” İnvestisiya Şirkəti ASC tərəfindən rəsmiləşdirilməsi həyata keçirilmiş əqdə əsasən, Milli Depozit Mərkəzi bu səhmlərə mülkiyyət hüququnun ötürülməsini iyulun 3-də qeydə alıb və bunun nəticəsində Avropa Yenidənqurma və İnkişaf Bankı Bankın Nizamnamə Kapitalındakı payını 18,4865 %-dən 44,4748 %-ə qədər çatdırmaqla 20 551 010 ədəd səhminin mülkiyyətçisinə çevrilib.

"Unibank" 25 ildən çoxdur ki, Azərbaycanın bank sektorunda fəaliyyət göstərir. Hazırda respublikanın bütün ərazisini əhatə edən 31 filialdan ibarət xidmət şəbəkəsi ilə bir milyondan artıq müştəriyə xidmət edir. Daim yeni və sərfəli məhsulları ilə seçilən "Unibank" öz strategiyasına uyğun olaraq, kiçik və orta sahibkarlığın kreditləşdirilməsi, mikro və nağd istehlak kreditlərinin verilməsi, həmçinin qeyri-kredit məhsulları sahəsində dinamik inkişafını davam etdirir. İlin əvvəlindən stabil inkişaf edən bank, kredit və depozit portfeli həcminə görə ölkə bankları arasında ilk onluqda yer alır. "Unibank" 2018-ci ilin ikinci rübünü 15 milyon manata yaxın mənfəətlə yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi