Avropa və Orta Asiyaya pul köçürmələri 6% artıb

Avropa və Orta Asiyaya pul köçürmələri 6% artıb Avropa və Orta Asiya (ECA) ölkələrinə 2019-cu ildə pul köçürmələri 6% artaraq 65 milyard ABŞ dollarına çatıb.
Maliyyə
27 aprel 2020 07:39
Avropa və Orta Asiyaya pul köçürmələri 6% artıb
0 : 00
0 : 00

Avropa və Orta Asiya (ECA) ölkələrinə 2019-cu ildə pul köçürmələri 6% artaraq 65 milyard ABŞ dollarına çatıb.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının (WB) hesabatında bildirilir. 

Sənədə əsasən, ötən il Ukraynaya 16 milyard ABŞ dolları pul köçürülüb və ölkə bu sahədə liderliyini qoruyub. 

Ən az pul köçürmə əməliyyatları isə Qırğızıstan, Tacikistan və Özbəkistana yerinə yetirilib. 

Dünya Bankı bu il koronavirus (COVID-19) pandemiyası və neftin ucuzlaşması  ilə regionda pul köcürmələrinin təxminən 28% azalacağını proqnozlaşdırır.

Hesabat dövründə ECA bölgəsində ən bahalı pulköçürmə Türkiyə və Bolqarıstan arasında, ən ucuz pulköçürmə isə Rusiya və Azərbaycan arasında olub. 

Son xəbərlər

Orphus sistemi