Avropa Valyuta Fondunun yaradılmasına qərar verilib

Avropa Valyuta Fondunun yaradılmasına qərar verilib Bakı. 6 dekabr. REPORT.AZ/ Hazırda mövcud olan Avropa stabilləşmə mexanizminin bazasında 2019-cu ilin ortalarına qədər Avropa Valyuta Fondunun yaradılması gözlənilir. 
Maliyyə
6 Dekabr , 2017 17:37
Avropa Valyuta Fondunun yaradılmasına qərar verilib

Bakı. 6 dekabr. REPORT.AZ/ Hazırda mövcud olan Avropa stabilləşmə mexanizminin bazasında 2019-cu ilin ortalarına qədər Avropa Valyuta Fondunun yaradılması gözlənilir. 

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, yeni struktur avronun stabilliyinin əsasını təşkil etməlidir. 

"Avrokomissiya Avropa iqtisadi və monetar ittifaqının hesabatlılıq səviyyəsini və birliyin vahid formada inkişafının effektivliyini artırmaq üçün konkret yol xəritəsi hazırlayıb", - deyə məlumatda bildirilir. Yol xəritəsində ilk addım isə Avropa Valyuta Fondunun yaradılması olacaq.

Son xəbərlər

Orphus sistemi