Avropa Mərkəzi Bankı ekspansiyanı davam etdirəcək

Avropa Mərkəzi Bankı ekspansiyanı davam etdirəcək ECB rəhbəri Mario Draginin çıxışından sonra avro ucuzlaşmağa başlayıb
Maliyyə
29 May , 2017 17:37
Avropa Mərkəzi Bankı ekspansiyanı davam etdirəcək

Bakı. 29 may. REPORT.AZ/ Avrozonada iqtisadi artıma təsir edəcək risklər azalsa da, regionun hələ də ekspansiv şərtlərə ehtiyacı var. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Mario Dragi Avropa Parlamentində çıxış edib. M.Dragi bir çox ikinci dərəcəli risklərin təmamilə yox olduğunu da əlavə edib.

"İnflyasiyanın ortamüddətli perspektivdə 2% səviyyəsinə yüksəlməsi və burada sabitləşməsi üçün fövqəladə monetar siyasətin davam etməsində hamımız həmfikirik. İnflyasiya təzyiqləri hələ zəifdir. Daxili bazarda qiymət artımının güclənməsi üçün dəstəkləyici maliyyələşmə şərtlərinə ehtiyacımız var. İqtisadiyyat tədricən və sağlam şəkildə bütün sektor və ölkələri əhatə edərək davam edir", - deyə ECB sədri bildirib.

"Report"un analitik qrupu bildirir ki, M.Draginin açıqlamaları avrozonada hələ bir müddət monetar ekspansiyanın davam edəcəyini, faizlərin isə minimal səviyyədə qalacağını göstərir. Bu səbəbdən avro dollarla müqayisədə ucuzlaşmağa başlayıb və hazırda 1,1175 USD/EUR səviyyəsində yer alır. Məzənnənin 1,11 USD/EUR səviyyəsinə qədər geriləməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi