Avropa Komissiyası "MasterCard"ı cərimələyib

Avropa Komissiyası "MasterCard"ı cərimələyib Bakı. 22 yanvar. REPORT.AZ/ Avropa Komissiyası (AK) MasterCard ödəmə sisteminə Avropa bazarındakı üstün mövqeyindən sui-istifadə hallarına yol verdiyi üçün cərimə tətbiq edib.
Maliyyə
22 yanvar 2019 13:16
Avropa Komissiyası MasterCardı cərimələyib

Bakı. 22 yanvar. REPORT.AZ/ Avropa Komissiyası (AK) "MasterCard" ödəmə sisteminə Avropa bazarındakı üstün mövqeyindən sui-istifadə hallarına yol verdiyi üçün cərimə tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə AK-nın bəyanatında göstərilir.

“Avropa Komissiyası “MasterCard” ödəmə sistemini bazardakı üstün mövqeyindən sui-istifadə hallarına, Avropa biznes qurumları üçün vahid bazar daxilindəki alternativ və daha sərfəli xidmətlərdən yararlanmaq imkanlarını məhdudlaşdırdığına görə 570,567 milyon avro məbləğində cərimələyib”, - bəyanatda deyilir.

Son xəbərlər

Orphus sistemi