Aİ iqtisadi azalma proqnozlarını açıqlayıb

Aİ iqtisadi azalma proqnozlarını açıqlayıb Aİ iqtisadi azalma proqnozlarını açıqlayıb
Maliyyə
176
7 İyul , 2020 14:23
Aİ iqtisadi azalma proqnozlarını açıqlayıb

Avropa İttifaqı (Aİ) Komissiyası koronavirus pandemiyasının təsiri ilə bu il bölgə iqtisadiyyatının 8,3% kiçiləcəyini, gələn il isə 5,8% böyüyəcəyini proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Komissiyanın "2020 Yay İqtisadi Proqnozları" adlı hesabatında bildirilir. 

Sənədə əsasən, bu il Aİ ölkələri arasında Almaniyada 6,3%, Fransada 10,6%, İtaliyada 11,2%, İspaniyada isə 10,9% iqtisadi azalma gözlənilir. 

Bundan başqa, hesabatda deyilir ki, bu il Aİ-də illik inflyasiya 0,6%, avrozonada isə 0,3% təşkil edəcək. 

“Pandemiya Avropa iqtisadiyyatına gözləniləndən daha ağır təsir etdi. Proses hələ də qeyri-müəyyənliklərlə doludur və risklər davam edir”, - Aİ-nin İqtisadiyyat üzrə komissarı Paolo Gentiloni bildirib.