Avropa Komissiyası "BMW" şirkətini cərimələyib

Avropa Komissiyası "BMW" şirkətini cərimələyib Avropa Komissiyası rəqibləri ilə sövdələşməkdə ittiham etdiyi “BMW” avtokonsernini cərimələyib.
Maliyyə
5 aprel 2019 22:30
Avropa Komissiyası BMW şirkətini cərimələyib

Avropa Komissiyası rəqibləri ilə sövdələşməkdə ittiham etdiyi “BMW” avtokonsernini cərimələyib.

"Report"un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, idarə heyətinin iclasında antiinhisar qanunvericiliyinin pozulmasına görə tətbiq olunan 1 milyard avro həcmindəki cərimə sanksiyasının ödənilməsinə qərar verilib.

Xatırladaq ki, Avropa Komissiyası BMW, “Daimler” və “Volkswagen” şirkətlərini 8 il ərzində qanunvericiliyin müddəalarına zidd şəkildə fəaliyyət göstərməkdə ittiham edib. Bunun nəticəsində isə alıcılar havanın az miqdarda çirklənməsinə xidmət edəcək avtomobillər əldə etməkdən məhrum olub.

İqtisadçılar sözü gedən qərarın şirkətin 2019-cu ilin ilk rübü üzrə maliyyə göstəricilərinə neqativ təsir edəcəyini proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi