Avropa İttifaqının büdcəsinə veto qoyuldu

Avropa İttifaqının büdcəsinə veto qoyuldu Avropa İttifaqının 2021-2027-ci illər üçün yeni büdcə layihəsi Polşa və Macarıstan tərəfindən veto qoyularaq əngəllənib.
Maliyyə
16 Noyabr , 2020 20:29
Avropa İttifaqının büdcəsinə veto qoyuldu

Avropa İttifaqının (Aİ) 2021-2027-ci illər üçün yeni büdcə layihəsi Polşa və Macarıstan tərəfindən veto qoyularaq əngəllənib.

“Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə Aİ-dəki mənbələr bildirib.

17-21 iyul tarixində keçirilən Aİ zirvə görüşü zamanı təşkilatın güzəştli büdcə planı 1 074,3 milyard avro, üzv ölkələrin iqtisadiyyatını bərpa etmək üçün isə 750 milyard avroluq büdcədənkənar fond təsdiqlənib.

Bu ayın əvvəlində Aİ həmin vəsaitləri ayrı-ayrı üzv ölkələr arasında bölüşdürərkən ilk dəfə qanunun aliliyi prinsipinə əməl edib-etməməsini rəhbər tutacaqlarını açıqlamışdı. Həmin prinsipin yozumu ilə bağlı Aİ ilə fikir ayrılıqları çıxan Polşa və Macarıstan da layihəyə veto qoyublar.

Son xəbərlər

Orphus sistemi