Avropa İttifaqında dövlət borcunun ÜDM-ə nisbəti 80% yaxınlaşıb

Avropa İttifaqında dövlət borcunun ÜDM-ə nisbəti 80% yaxınlaşıb Dövlət borcunun ÜDM-yə nisbəti ən yüksək olan ölkələr Yunanıstan, İtaliya, Portuqaliya olub
Maliyyə
22 İyul , 2020 16:45
Avropa İttifaqında dövlət borcunun ÜDM-ə nisbəti 80% yaxınlaşıb

Bu ilin I rübündə koronavirus pandemiyasının təsiri ilə Avropa İttifaqında (Aİ) dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti ötən ilin IV rübü ilə müqayisədə 1,8% bəndi artaraq 79,5%-ə yüksəlib.

“Report” xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) hesabatında bildirilib.

Hesabat dövründə Avrozonada isə dövlət borcunun ÜDM-yə nisbəti 2,2% bəndi artaraq 86,3%-ə çatıb.

Məlumata görə, eyni dövrdə Aİ ölkələri arasında dövlət borcunun ÜDM-ə nisbəti ən yüksək olan ölkələr Yunanıstan (176,7%), İtaliya (137,6%), Portuqaliya (120%), bu nisbətin ən aşağı olduğu ölkələr isə Estoniya (8,9%), Bolqarıstan (20,3%), Lüksemburq (22,3%) olub.

 

Son xəbərlər

Orphus sistemi