Avropa İttifaqı Rusiya Bankının 23 milyard avroluq aktivlərini dondurub

Avropa İttifaqı Rusiya Bankının 23 milyard avroluq aktivlərini dondurub Avropa İttifaqına (Aİ) üzv ölkələr sanksiyalar çərçivəsində Rusiya Mərkəzi Bankının təxminən, 23 milyard avro (24,5 milyard dollar) məbləğində aktivlərini dondurub.
Maliyyə
26 may 2022 06:42
Avropa İttifaqı Rusiya Bankının 23 milyard avroluq aktivlərini dondurub

Avropa İttifaqına (Aİ) üzv ölkələr sanksiyalar çərçivəsində Rusiya Bankının (Mərkəzi Bank) təxminən, 23 milyard avro (24,5 milyard dollar) məbləğində aktivlərini dondurub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ədliyyə üzrə avrokomissar Didye Reynders bildirib. ABŞ isə Rusiya Mərkəzi Bankının 100 milyard dollarlıq aktivlərini dondurub.

D.Reyndersin sözlərinə görə, Aİ ölkələri də yaxta və villalar daxil olmaqla, rusiyalı biznesmenlərin, təxminən, 10 milyard avro dəyərində fiziki aktivlərini dondurub.

Xatırladaq ki, Rusiya Maliyyə Nazirliyi mart ayında Mərkəzi Bankın, təxminən, 300 milyard dollar dəyərində qızıl-valyuta ehtiyatlarının dondurulduğunu bəyan etmişdi. Almaniya, İtaliya, Lüksemburq, Niderland və Fransa da Rusiya aktivlərinin dondurulması haqda məlumat vermişdi.

Son xəbərlər

Orphus sistemi