Avropa İttifaqı Yunanıstana 8,5 mlrd. avro kredit ayırıb

Avropa İttifaqı Yunanıstana 8,5 mlrd. avro kredit ayırıb Qərar avronun bir qədər bahalaşmasına səbəb olub
Maliyyə
16 İyun , 2017 14:16
Avropa İttifaqı Yunanıstana 8,5 mlrd. avro kredit ayırıb

Bakı. 16 iyun. REPORT.AZ/ Avrozona ölkələrində böhrana dəstək vermək üçün yaradılan Avropa Sabitlik Mexanizmi (ESM) iyul ayının əvvəlində Yunanıstana yeni kredit subtranşı ayırıb. 

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ESM-in rəhbəri Klaus Reqlinq (Claus Regling) məlumat verib.

Yeni kredit tranşının 8,5 mlrd. avro (9,5 mlrd. ABŞ dolları) təşkil edəcəyi və hissə-hissə veriləcəyi bildirilib. Qərar dünən, iyunun 15-də Avrozona ölkələrinin Maliyyə Nazirləri Şurasında qəbul edilib.

Qeyd edək ki, Yunanıstana III maliyyə yardımı proqramı çərçivəsində ESM 2015-ci ilin avqustundan indiyədək 31,7 mlrd. avro (35,3 mlrd. dollar) vəsait verib. Kreditlərin ümumi həcminin 86 mlrd. avro (96 mlrd. dollar) təşkil edəcəyi vurğulanır.

Bu qərar avronun məzənnəsinin bir qədər - 1,1155 dollara kimi yüksəlməsinə səbəb olub. 

Son xəbərlər

Orphus sistemi