Avropa İttifaqı Hindistan və Banqladeşə maliyyə yardımı edəcək

Avropa İttifaqı Hindistan və Banqladeşə maliyyə yardımı edəcək Avropa İttifaqı (Aİ) Hindistan və Banqladeşə “Amphan” siklonun nəticələrinin aradan qaldırılması üçün 1, 6 milyon avro həcmində maliyyə yardımı edəcək.
Maliyyə
22 May , 2020 07:13
Avropa İttifaqı Hindistan və Banqladeşə maliyyə yardımı edəcək

Avropa İttifaqı (Aİ) Hindistan və Banqladeşə “Amphan” siklonun nəticələrinin aradan qaldırılması üçün 1, 6 milyon avro həcmində maliyyə yardımı edəcək.

“Report” “TASS”a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Humanitar yardım və böhranın idarə olunması üzrə komissarı Yanez Lenarçiç bəyan edib.

Onun sözlərinə görə, Aİ tərəfindən Hindistana 500 min avro, Banqladeşə isə 1,1 milyon avro həcmində təcili maliyyə yardımı ayrılıb.

Qeyd edək ki, “Amphan” siklonu Hindistanın şərqində və Banqladeşdə minlərlə evi dağıdıb və azı 80 nəfərin həyatına son qoyub. Meteoroloqların məlumatına görə, “Amphan” Benqal körfəzində 1999-cu ildə 9 min insanın həyatına son qoyan qasırğadan sonra ən böyük siklondur.

Son xəbərlər

Orphus sistemi