Avropa fond indeksləri geriləyib

Avropa fond indeksləri geriləyib Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə artıb
Maliyyə
4 İyul , 2015 10:00
Avropa fond indeksləri geriləyib

Bakı. 4 iyul. REPORT.AZ/ İyulun 3-də Amerika fond bazarları 4 iyul - ABŞ-ın müstəqillik günü ilə əlaqədar bağlı olub və bu səbəbdən heç bir əməliyyat aparılmayıb. Hazırda Dow Jones indeksi 17 730,11 bənd, S&P 500 2 076,78 bənd, Nasdaq isə 5 009,22 bənd təşkil edir.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,67% ucuzlaşaraq 6 585,78 bənd, Fransa CAC-40-ı 0,57% azalaraq 4 808,22 bənd, Almaniya DAX-ı isə 0,37% geriləyərək 11 058,39 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,12% bahalaşaraq 1 167,80 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1114 (+0,16%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi