Avronun ucuzlaşması davam edir

Avronun ucuzlaşması davam edir COMEX-də qızılın qiyməti 1 206 dollar/unsiyanı keçib
Maliyyə
279
26 May , 2015 08:37
Avronun ucuzlaşması davam edir

Bakı. 26 may. REPORT.AZ/ Mayın 25-də Amerika və Avropa fond bazarında heç bir dəyişiklik qeydə alınmayıb. "Report"un məlumatına görə, mayın 24-də olduğu kimi, Amerika birjalarında Dow Jones indeksi 18 232,02 bənd, S&P 500 2 126,06 bənd, Nasdaq isə 5 089,36 bənd təşkil edib.

Avropa fond bazarında da FTSE 100 indeksi 7 031,72 bənd, Almaniya DAX-ı 11 815,01 bənd, Fransa CAC-40-ı isə 5 142,89 bənd olub.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,06% artaraq 1 206,10 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0944 (-1,69%) təşkil edib.

İngilis versiyası Euro rate falls in markets

Son xəbərlər

Orphus sistemi