​Avronun manata qarşı məzənnəsi bir illik minimuma enib

​Avronun manata qarşı məzənnəsi bir illik minimuma enib Son bir ildə əsas azalma bu ilin avqustunda baş verib
Maliyyə
21 Avqust , 2014 06:41
​Avronun manata qarşı məzənnəsi bir illik minimuma enib
Bakı. 21 avqust. REPORT.AZ/. Avronun manata qarşı rəsmi məzənnəsi bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən 1,0387 manat səviyyəsində təyin edilib. "Report"un hesablamalarına görə, bu, avronun təxminən bir illik minimumudur.

Belə ki, sonuncu dəfə oxşar məzənnə ötən ilin sentyabrın 10-da müşahidə olunub. Əsas azalma bu ilin avqust ayında baş verib. Bunun üçün hər hansı daxili amillər rol oynamayıb, bu, yalnız xarici amillərin təsiri altında baş verib. Belə ki, avronun manata qarşı ucuzlaşması dünya bazarında avronun dollara qarşı ucuzlaşması (və ya dolların avroya qarşı bahalaşması) səbəbindən baş verir.

Qeyd edək ki, avronun dollara qarşı olan hər hansı məzənnə dəyişiklikləri yalnız avronun manata olan məzənnəsində əksini tapır, dolların manata qarşı məzənnəsini isə Azərbaycan Mərkəzi Bankı sərt olaraq sabit saxlayır. Bu, həm avronun ucuzlaşması, həm də bahalaşması hallarında müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi