Avro yenidən bahalaşıb

Avro yenidən bahalaşıb Qərbin əksər fond indeksləri artım nümayiş etdirib
Maliyyə
3 Aprel , 2015 09:22
Avro yenidən bahalaşıb

Bakı. 3 aprel. REPORT.AZ/ Aprelin 2-də Amerika fond bazarında Dow Jones indeksində 0,37% artım müşahidə olunub və 17 763,24 bənd təşkil edib. S&P 500 0,35% irəliləyərək 2 066,96 bənd, Nasdaq isə 0,14% artaraq 4 886,94 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,35% artaraq 6 833,46 bənd, Almaniya DAX-ı 0,28% ucuzlaşaraq 11 967,39 bənd, Fransa CAC-40-ı isə 0,24% irəliləyərək 5 074,14 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,08% azalaraq 1 202,50 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0873 (+0,97%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi