Bakı. 14
"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,97% bahalaşaraq 6 737,95 bənd, Fransa CAC-40-ı 1,94% artaraq 4 998,10 bənd, Almaniya DAX-ı isə 1,49% irəliləyərək 11 484,38 bənd təşkil edib.
Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,41% ucuzlaşaraq 1 155,00 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1009 (-1,13%) təşkil edib.