Avro əskinasları üzərində məşhurların təsviri olacaq

Avro əskinasları üzərində məşhurların təsviri olacaq Məşhur şəxsiyyətlərin və ya abidələrin təsviri olduğu avro əskinasları yaxın illərdə buraxıla bilər.
Maliyyə
6 Dekabr , 2021 14:11
Avro əskinasları üzərində məşhurların təsviri olacaq

Məşhur şəxsiyyətlərin və ya abidələrin təsviri olduğu avro əskinasları yaxın illərdə buraxıla bilər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu məsələ avronun 2022-ci ilin 1 yanvar tarixində qeyd ediləcək 20 illiyi münasibətilə Avropa Mərkəzi Bankında (ECB) müzakirə olunur. Yaxın günlərdə sözügedən təşəbbüs rəsmi şəkildə irəli sürüləcək. Təşəbbüsün qəbul ediləcəyi halda ECB Avropa İttifaqı üzv ölkələrinin təkliflərini dəyərləndirəcək.

Qeyd edək ki, hazırda tədavüldə olan avro əskinasları üzərindəki şəkillər ümumi xarakter daşıyaraq konkret tikili və binaları əks etdirmir. 2013-ci ildə ECB qədim yunan əsatirinin qəhrəmanı Avropanın təsviri olduğu “Avropa” adlı silsilə buraxıb.

Son xəbərlər

Orphus sistemi