Avro ECB rəhbərinin açıqlamalarından sonra bahalaşıb

Avro ECB rəhbərinin açıqlamalarından sonra bahalaşıb USD/EUR 1,26-a qədər bahalaşa bilər
Maliyyə
25 Yanvar , 2018 20:59
Avro ECB rəhbərinin açıqlamalarından sonra bahalaşıb

Bakı. 25 yanvar. REPORT.AZ/ "Monetar stimullaşdırma proqramı 2018-ci ilin sentyabrın sonunadək 30 mlrd. avro (37,2 mlrd. dollar) həcmində qalmağa davam edəcək". 

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Mario Draqi rəhbərlik etdiyi qurumun bu gün keçirilmiş iclası ilə bağlı açıqlamasında bildirib.

"Göstəricilər iqtisadi artımın sağlam şəkildə davam etdiyini göstərir. İqtisadi artım genişmiqyaslı xarakter daşımağa başlayıb. Əmək bazarında yaxşılaşma istehlakı dəstəkləyir. Risklər ancaq qlobal amillər və valyuta bazarları ilə əlaqədardır. İnflyasiyanın ortamüddətli perspektivdə mərhələli olaraq artmasını proqnozlaşdırırıq. Müsbət maliyyə şəraiti investisiyaların artmasını dəstəkləyir. Avronun məzənnəsində yaranan volatilliklə bağlı xəbərdarlığımızı bir daha təkrar edirəm. Çünki volatillik qeyri-müəyyənlik yaradır", - o deyib.

ECB rəhbərinin açıqlamalarından sonra USD/EUR nisbəti 1,25-ə yüksəlib.

"Report"un analitik qrupu hesab edir ki, avronun bahalaşmasına əsas yoxdur, hazırkı məzənnə artımı spekulyativdir, 1 avronun 1,26 dollara qədər bahalaşması mümkündür. 

Son xəbərlər

Orphus sistemi