Avro dollara qarşı bahalaşıb

Avro dollara qarşı bahalaşıb Bu gün avrozonadakı inflasiyaya dair rəsmi rəqəmlərin açıqlanacağı ərəfəsində səhər hərraclarında avronun dollara qarşı məzənnəsi artıb.
Maliyyə
169
17 Dekabr , 2021 11:03
Avro dollara qarşı bahalaşıb

Bu gün avrozonadakı inflyasiyaya dair rəsmi rəqəmlərin açıqlanacağı ərəfədə səhər keçirilən hərraclarda avronun dollara qarşı məzənnəsi yüksəlib.

“Report” xəbər verir ki, hərracların əvvəlində avronun məzənnəsi 1,1328 USD/EUR-dan 1,1342 USD/EUR-dək artıb. Həmçinin dolların yenə qarşı məzənnəsi də 113,7 JPY/USD-dən 113,56 JPY/USD-dək azalıb. Dolların indeksi, yəni ABŞ-ın 6 əsas ticarət tərəfdaşı ölkəsinin pul vahidlərinə qarşı ortaq məzənnəsi 0,12 faiz azalaraq 95,92-dək geriləyib.

Qeyd edək ki, bu gün “Eurostat” avrozonada noyabr ayının inflasiyasına dair yekun rəqəmləri açıqlayacaq.

Ekspertlərin fikrincə, regiondakı istehlak qiymətlər indeksinin ötən ilin müvafiq dövrünə nisbətən artımı oktyabrdakı 4,1 faizə qarşı 4,9 faiz səviyyəsindədir ki, bu da 1991-ci ilin iyul ayından bu yana ən yüksək göstəricidir.

Bununla yanaşı, dünən Avropa Mərkəzi Bankının (ECB) təməl faiz dərəcəsini sıfır səviyyəsində saxlamaq qərarının da məzənnələrə təsir göstərdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi