“Avrasiya Kredit”in aktivləri 5% azalıb

“Avrasiya Kredit”in aktivləri 5% azalıb
Maliyyə
21 Avqust , 2018 16:29
“Avrasiya Kredit”in aktivləri 5% azalıb
0 : 00
0 : 00

Bakı. 21 avqust. REPORT.AZ/ “Avrasiya Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 5,2% azalaraq bu il yanvarın 1-nə 1,624 mln. təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Avrasiya Kredit”in müştərilərə verdiyi xalis kreditlər 46,8% azalaraq 534 min manata düşüb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 2,6 dəfə artaraq 21 min manat, cəmi kapitalı isə 6% azalaraq 1,603 mln. manat olub.

“Avrasiya Kredit” 2017-ci ili 74 min manat xalis zərərlə başa vurub. Halbuki BOKT 2016-cı ildən 108 min manat xalis mənfəətlə çıxmışdı.