“Avrasiya-Kredit” BOKT-nin aktivləri 35% artıb

“Avrasiya-Kredit” BOKT-nin aktivləri 35% artıb “Avrasiya-Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 35,4% artaraq bu il yanvarın 1-nə 2,199 mln. manat təşkil edib.
Maliyyə
25 May , 2019 13:00
“Avrasiya-Kredit” BOKT-nin aktivləri 35% artıb

“Avrasiya-Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 35,4% artaraq bu il yanvarın 1-nə 2,199 mln. manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Avrasiya-Kredit”in müştərilərə verdiyi xalis kreditlər 3,1 dəfə artaraq 1,661 mln. manata çatıb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 3,1 dəfə artaraq 66 min manat, cəmi kapitalı isə 33% artaraq 2,132 mln. manat olub.

“Avrasiya-Kredit” 2018-ci ili 313 min manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci ilə nisbətən 4,2 dəfə çoxdur. 

Son xəbərlər

Orphus sistemi