Auditorlar Palatası üzvlərinə xəbərdarlıq edib

Auditorlar Palatası üzvlərinə xəbərdarlıq edib Son vaxtlar dövlət qurumlarından və təsərrüfat subyektlərindən daxil olan məlumatlardan görünür ki, bəzi auditorlar maliyyə hesabatlarının auditi və digər əlaqəli xidmətlər göstərən zaman ölkə qanunvericiliyinin, Beynəlxalq Audit Standartlarının (BAS), Pe
Maliyyə
23 İyun , 2021 15:48
Auditorlar Palatası üzvlərinə xəbərdarlıq edib

Son vaxtlar dövlət qurumlarından və təsərrüfat subyektlərindən daxil olan məlumatlardan görünür ki, bəzi auditorlar maliyyə hesabatlarının auditi və digər əlaqəli xidmətlər göstərən zaman ölkə qanunvericiliyinin, Beynəlxalq Audit Standartlarının (BAS), Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə), İFAC-ın bu sahə üzrə normativ sənədlərinin tələblərinə, Auditorlar Palatasının üzvləri arasında dempinq və haqsız rəqabətin yolverilməzliyi barədə partnyorluq sazişinin müddəalarına əməl etmir, maliyyə hesabatlarının düzgün tərtib və təqdim olunmaması, rəylərin BAS-a uyğun formada verilməməsi, Palata Şurasının qərarlarına, Palata sədrinin əmr və sərəncamlarına əməl edilməməsi hallarına hələ də rast gəlinir.

"Report" xəbər verir ki, bu barədə Auditorlar Palatasının üzvlərinə müraciətində bildirilir.

"Palata audit xidməti bazarında şəffaflığın artırılması, haqsız rəqabətin, dempinq hallarının aradan qaldırılması, auditə ictimai etimadın gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir və öz səlahiyyətləri çərçivəsində həmin mənfi hallara qarşı mübarizəni mütəmadi davam etdirir. Yalnız belə olan halda, biz ölkəmizdə auditor peşəsinin nüfuzunun yüksəlməsinə, auditin daha da təkmilləşdirilməsinə, iqtisadiyyatın dayanıqlı inkişafına, auditdən gözlənilən dəstəyə nail ola bilərik.

Palata həm BAS-ın tələblərinə dair yenilikləri, həm də təlimatları, tövsiyələri, proqramları və. s. mövzuları hər birinizə çatdırıb və bu işlər hazırda da davam etdirilir.

Bir daha xəbərdarlıq edilir ki, auditor xidməti zamanı yuxarıda sadalanan qanunvericiliyin, BAS-ın, Palatanın təsdiq etdiyi metodik vəsaitlərin, xüsusən də auditor rəylərinin düzgün tərtib olunmasının təmin edəsiniz. (BAS-ın 700, 701, 705, 706, 710, 720. link- https://audit.gov.az/Az/page/414) Əks tədbirdə auditor təşkilatları və sərbəst auditorlar barədə səlahiyyətlər çərçivəsində müvafiq tədbirlər görüləcək", - deyə müraciətdə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi