Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib

Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib
Maliyyə
30 İyun , 2020 15:36
Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib

İyunun 29-da Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib. 

“Report” bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, Şura üzvlərinin və Şura yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub:

- Auditorlar Palatasında auditor təşkilatlarının, sərbəst auditorların və onların sifarişçilərinin kommersiya sirri təşkil edən, həmçinin xüsusi məlumatlarının məxfi saxlanılması;

- Bir sıra auditor təşkilatları və sərbəst auditorların apardıqları auditlərin keyfiyyətinin plandankənar monitorinqinin həyata keçirilməsi;

- Auditorlar Palatası üzvlərinin hüquq və vəzifələri haqqında Əsasnaməyə dəyişikliklər edilməsi;

- Ölkə ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin qüvvədəolma müddətinin başa çatması ilə əlaqədar imtahan keçirilməsi;

- “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyə auditorlar tərəfindən riayət edilməsinin monitorinqinə dair təlimat”ın layihəsi;

- Şura yanında Keyfiyyətə nəzarət üzrə komitənin üzvlərinin və müfəttişlərinin tərkibində dəyişiklik edilməsi;

- Auditor xidmətinin keyfiyyətinə kənar nəzarət üzrə qaydalara dəyişikliklər edilməsi.