Auditorlar Palatası haqsız rəqabətə qarşı mübarizə aparacaq

Auditorlar Palatası haqsız rəqabətə qarşı mübarizə aparacaq Auditorlar Palatasının Auditin təşkili, hesabatlılıq və informasiya İdarəsinin tərkibində yeni Haqsız rəqabətə qarşı mübarizə şöbəsi yaradılıb.
Maliyyə
1 Fevral , 2022 16:08
Auditorlar Palatası haqsız rəqabətə qarşı mübarizə aparacaq

Auditorlar Palatasının Auditin təşkili, hesabatlılıq və informasiya İdarəsinin tərkibində yeni Haqsız rəqabətə qarşı mübarizə şöbəsi yaradılıb.

Bu barədə "Report"a Palatadan bildirilib.

Məlumatda deyilir ki, yeni şöbənin yaradılmasında əsas məqsəd-auditor xidmətinə ictimai etimadın yüksəldilməsi, auditor xidməti bazarında yol verilən haqsız rəqabət hallarının vaxtında aşkar edilməsi və belə hallara qarşı mübarizə aparmaqla onların aradan qaldırılmasıdır.

Şöbəyə Rövşən Cəfərli rəhbərlik edəcək. O, 2011-ci il tarixdən Auditorlar Palatasında aparıcı mütəxəssis, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində işləyib.

Son xəbərlər

Orphus sistemi