Audit hesabatlarını açıqlamamış Azərbaycan banklarına iyunun 15-nə qədər vaxt verilib

Audit hesabatlarını açıqlamamış Azərbaycan banklarına iyunun 15-nə qədər vaxt verilib Maliyyə Bazarlarına Nəzarət Palatasında bəzi bankların və audit şirkətlərinin rəhbərləri ilə görüş keçirilib.
Maliyyə
7 İyun , 2017 10:33
Audit hesabatlarını açıqlamamış Azərbaycan banklarına iyunun 15-nə qədər vaxt verilib
Report

Bakı. 7 iyun. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bəzi bankların və audit şirkətlərinin rəhbərləri ilə görüş keçirilib.

“Report” palataya istinadən xəbər verir ki, görüşdə bəzi bankların qanunvericiliyə müvafiq olaraq tələb olunan müddətdə maliyyə hesabatlarını açıqlamamasının səbəbləri və bunların aradan qaldırılması yolları müzakirə edilib.

Məlum olduğu kimi, “Banklar haqqında” qanunun tələblərinə uyğun olaraq banklar maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində maliyyə nəticələrinə dair kənar audit hesabatlarını öz rəsmi internet səhifələrində və kütləvi informasiya vasitələrində dərc etməlidirlər. Banklar hesabatların açıqlanmasında gecikmələrin əsasən auditorlarla olan fikir ayrılığı, habelə MBNP-nin Palatasının bankların auditinə dair tələbləri ciddiləşdirməsi ilə bağlı olduğunu qeyd ediblər.

Buna baxmayaraq, müştərilərinin bankların maliyyə vəziyyətinə dair vaxtında və obyektiv məlumat əldə etmək hüququnun məhdudlaşdırılmasının yolverilməzliyi bir daha vurğulanmaqla, banklar tərəfindən 15 iyun 2017-ci il tarixinə qədər audit hesabatlarının dərc olunmasına dair öhdəlik müəyyən olunub.

MBNP bankların kənar audit hesabatlarının açıqlanmasını xüsusi olaraq diqqətdə saxlayacaq. 

Son xəbərlər

Orphus sistemi