“Atəşgah Sığorta” tənzimlənmə prosedurunu sadələşdirir

“Atəşgah Sığorta” tənzimlənmə prosedurunu sadələşdirir Bakı. 15 mart. REPORT.AZ/ Müştəri xidmətlərinin keyfiyyətini yüksəltmək və müştərilərin rahatlığı, eləcə də sığorta xidmətləri bazarını inkişaf et...
Maliyyə
15 Mart , 2017 14:00
“Atəşgah Sığorta” tənzimlənmə prosedurunu sadələşdirir

Bakı. 15 mart. REPORT.AZ/ Müştəri xidmətlərinin keyfiyyətini yüksəltmək və müştərilərin rahatlığı, eləcə də sığorta xidmətləri bazarını inkişaf etdirmək məqsədilə “Atəşgah Sığorta" ASC avtomobil sahibləri üçün sığorta hadisələrinin tənzimlənmə prosedurunu sadələşdirib. Bu barədə "Report"a şirkətdən bildirilib. 

Məlumata görə, sığorta hadisələrinin rəsmiləşdirilməsi üçün əvvəllər tələb edilən sənədlərin sayı azaldılıb, ödəniş isə 2 iş günü ərzində həyata keçirilir. Avtomobilə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı müştəri ilə razılıq əldə edildikdən sonra 2 iş günü ərzində müvafiq sənədlərin təqdimindən sonra verilir.

Bundan əlavə, əgər müştərinin carı hesabı varsa, bu proses əhəmiyyətli dərəcədə qısalır.

Yaxın gələcəkdə şirkət müştərilərin sığorta ödənişini 1 iş günü ərzində mümkün edə biləcək yeni maliyyə mexanizmi tətbiq etməyi nəzərdə tutub.

Qeyd edək ki, bu yenilik sığorta hadisəsi baş verən zaman zərərlik məbləği 1 000 manata qədər təşkil edən hallara şamil edilir. 

Xatırladaq ki, "Atəşgah Sığorta"  1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i "İSR Holding" MMC-yə, 27%-i "Ran-Exim" MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

Son xəbərlər

Orphus sistemi