“Atəşgah Sığorta”nın sədri dəyişib - YENİLƏNİB

“Atəşgah Sığorta”nın sədri dəyişib - YENİLƏNİB Bu barədə şirkətdən bildirilib
Maliyyə
1788
2 Oktyabr , 2017 10:04
“Atəşgah Sığorta”nın sədri dəyişib - YENİLƏNİB

İlk xəbər saat 09:56-da verilib.

Bakı. 2 oktyabr. REPORT.AZ/ “Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Tələt Səfərov vəzifəsindən azad edilib. 

Bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumata görə, o, "Atəşgah Həyat Sığorta" ASC-nin Direktorlar Şurasına (DŞ) üzv seçilib. İndiyə qədər DŞ-da təmsil olunan Azər Əliyev isə "Atəşgah Sığorta"ya sədr təyin edilib. 

Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i "ISR Holding" MMC-yə, 27%-i "Ran-Exim" MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

 "Atəşgah Həyat Sığorta" isə 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,5 mln. manatdır. Şirkətin səhmləri 100% "Ran-Exim"ə məxsusdur.

Azər Əliyev

Son xəbərlər

Orphus sistemi