“Atəşgah Sığorta”dan ABB-yə transfer olub

“Atəşgah Sığorta”dan ABB-yə transfer olub Söhbət Vasif Əhmədovdan gedir
Maliyyə
15 Dekabr , 2016 13:06
“Atəşgah Sığorta”dan ABB-yə transfer olub

Bakı. 15 dekabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) baş direktorlarından biri – Abbas Nəsibov işdən çıxıb. “Report” xəbər verir ki, onun yerinə Vasif Əhmədov təyin edilib. 

V.Əhmədov bundan əvvəl “Atəşgah Sığorta” ASC-nin İdarə Heyəti sədrinin 1-ci müavini olub.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641 287 250 manatdır. Bankın səhmlərinin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit" QSC-yə, 17,78%-i isə qeyri-dövlət müəssisələrinə və fiziki şəxslərə məxsusdur.

"Atəşgah Sığorta"  isə 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i "İSR Holding" MMC-yə, 27%-i "Ran-Exim" MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

Son xəbərlər

Orphus sistemi