“Atəşgah Həyat Sığorta”nın aktivləri 5% artıb

“Atəşgah Həyat Sığorta”nın aktivləri 5% artıb Bakı. 5 aprel. REPORT.AZ/ “Atəşgah Həyat Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 88,425 mln. manat təşkil edib.“Report” şirkətin mühasi...
Maliyyə
5 Aprel , 2017 12:38
“Atəşgah Həyat Sığorta”nın aktivləri 5% artıb

Bakı. 5 aprel. REPORT.AZ/ “Atəşgah Həyat Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 88,425 mln. manat təşkil edib.

“Report” şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5% çoxdur.

2016-cı ildə “Atəşgah Həyat Sığorta”nın uzunmüddətli aktivləri 4,25 dəfə artaraq 5,484 mln. manat, qısamüddətli aktivləri isə cəmi 0,05% artaraq sabit qalaraq 82,942 mln. manat olub.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 3,35% azalaraq 70,362 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 3,7% azalaraq 68,437 mln. manat, qısamüddətli öhdəlikləri isə 9,3% artaraq 1,925 mln. manat olub.

Ötən il sığortaçının cəmi kapitalı isə 58,6% artaraq 18,063 mln. manata çatıb.

2016-cı ildə “Atəşgah Həyat Sığorta”nın cəmi gəlirləri 51,279 mln. manat (2015-ci ilə nisbətən 24,9% çox), cəmi xərcləri isə 47,78 mln. manat (25% çox) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 3,499 mln. manat olub ki, bu da illik müqayisədə 22,7% çoxdur.

“Atəşgah Sığorta” ötən il 700 min manat mənfəət vergisi ödəyib və ili 2,799 mln. manat xalis mənfəətlə başa vurub. 

Xatırladaq ki, "Atəşgah Həyat Sığorta" 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,5 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 6 500 manat olan 1 000 səhm əsasında formalaşıb. Səhmlər 100% "Ran-Exim" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi