“Atəşgah Həyat Sığorta”nın rəhbərliyinə yeni təyinatlar olub

“Atəşgah Həyat Sığorta”nın rəhbərliyinə yeni təyinatlar olub Bakı. 1 fevral. REPORT.AZ/ “Atəşhag Həyat Sığorta” ASC-nin İdarə Heyətinə (İH) yeni üzvlər seçilib.
Maliyyə
1 Fevral , 2019 15:44
“Atəşgah Həyat Sığorta”nın rəhbərliyinə yeni təyinatlar olub

Bakı. 1 fevral. REPORT.AZ/ “Atəşhag Həyat Sığorta” ASC-nin İdarə Heyətinə (İH) yeni üzvlər seçilib.

“Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bununla bağlı qərar “Atəşgah Həyat Sığorta”nın səhmdarlarının yanvarın 16-da keçirilmiş növbədənkənar ümumi yığıncağınında qəbul edilib.

İH-nin yeni üzvləri Mahmud Mürsəl oğlu Səfərov, Xaqani Firdovsi oğlu BaxşəliyevYusif Rafiq oğlu İmamverdiyevdir. Onların şirkətdə uzun müddət çalışdıqları, eyni zamanda departament və idarə rəisi vəzifələrini tutduqları bildirilir.

Hazırda “Atəşgah Həyat Sığorta”nın İH-nə Azər Əmiraslan oğlu Əliyev sədrlik edir. Onun müavini isə Orxan Rasim oğlu Şirinlidir. 

Son xəbərlər

Orphus sistemi